Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin orta ixtisas, orta ümumtəhsil, məktəbəqədər təhsil, mədəniyyət müəssisələrinin rəhbərləri və qabaqcıl təhsil işçiləri ilə görüş keçirildi

21 fevral 2018 | 11:00

21 fevral 2018-cil tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında YAP Binəqədi rayon təşkilatının aktiv üzvləri ilə görüş keçirildi.Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Aparatın şöbə müdiri Elman Dadaşov və fəallar iştirak etmişdir.Görüşü RİH başçısı Xaləddin İsgəndərov açaraq ölkədə aparılan gənclər siyasətinin Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olduğunu vurğulamışdır. Ulu öndərimiz Heydər Əliyevin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Heç də təsadüfi deyil ki, Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışırdı.Ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasəti onun layiqli davamçısı olan dövlət başçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.Natiq Prezident cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, son illərdə gənclərimizin müxtəlif sahələrdə qazandığı uğurlardan danışaraq gənclərin ölkənin ictimai-siyasi həyatında həmişə fəal iştirak etdiklərini diqqətə çatdırıb.RİH başçısının müavini Aygün Əliyeva gənclərin ideya və layihələri haqqında məruzə ilə çıxış etdi.Daha sonra YAP Binəqədi Rayon təşkilatının sədri Ramiz Göyüşova söz verildi.Görüş zamanı iştirakçılar ideya və təkliflərini səsləndirmiş və göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz səmimi təşəkkürlərini çatdırmışlar.Görüş xoş əhval-ruhiyə ilə başa çatdı.

 

 

Keçidlər