Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzun ərazisində Tədbirlər Planına əsasən abadlıq-quruculuq işləri davam etdirilir.

27 fevral 2018 | 11:00

Vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq, sakinlərimizin istək və arzularına uyğun olaraq Binəqədi rayonunda təxirə salınmaz tədbirlər həyata keçirilir.
Belə ki, rayonumuzun ərazisində Tədbirlər Planına əsasən abadlıq-quruculuq işləri davam etdirilir
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində Binəqədi şossesi  1-ci küçədə yolda təmir işləri davam etdirilir.
8-ci mikrorayon I. Dadaşov küçəsi 91 saylı binanın dam hissəsinde tol örtüyü vurulmuş, 7-ci mikrorayon A.Kunanbayev küçəsi 9/25 saylı  yaşayış binasının həyətində istirahət parkında işıqlandırma şəbəkəsinə texniki qulluq göstərilmişdir.
Həmçinin Bakı-Sumqayıt yolu, Motodrom yaşayış massivi hissəsində yol kənarı dekorların cari təmir işləri aparılmışdır.

Keçidlər