Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Qəhrəmanlar ölmür! Qəhrəmanlar unudulmur!” adlı anım tədbiri keçirildi.

25 fevral 2018 | 11:00

Şəhid Rizvan Pirnəzərovun anadan olmasının 55 illiyi münasibətilə 299 nömrəli məktəb liseydə “Qəhrəmanlar ölmür! Qəhrəmanlar unudulmur!” adlı anım tədbiri keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov, Biləcəri Bələdiyyəsinin sədr müavini Samirə Həsənova, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı, şəhidin ailə üzvləri və qohumları, eyni zamanda məktəb-liseyin müəllim və şagird kollektivi iştirak etmişdir. 
Məlumat üçün bildiririk ki, Pirnəzərov Rizvan Məhərrəm oğlu 1963-cü il 25 fevralda Qərbi Azərbaycanın Krasnoselo rayonunun Gölkənd kəndində anadan olmuşdur. O 1980-ci ildə orta məktəbi bitirdikdən sonra Donetsk Ali Hərbi Siyasi məktəbinə daxil olmuşdur. 1984-cü ilin avqustunda təhsil müddəti qurtardıqdan sonra Əfqanıstan Respublikasına göndərilən R.Pirnəzərov orda 80-dən çox döyüşlərdə iştirak etmiş, göstərdiyi cəsarət və igidliyə görə "Qırmızı Ulduz" ordeni, SSRİ və Əfqanıstan Respublikasının medalları ilə təltif olunmuşdur. 1990-cı ilin ortalarında R. Pirnəzərovu Estoniyada yerləşən Pribaltika Hərbi Dairəsindən MDB-nin zabiti kimi Tbilisi şəhərində yerləşən Qafqaz Hərbi Dairəsinə göndərilir. Məqsəd belə gərgin dövrdə Azərbaycan Respublikasının Ermənistanla sərhədlərinin təhlükəsizliyini təmin etmək idi. O, Gəncə şəhərində yerləşən hərbi hissənin motoatıcı taburuna komandir müavini təyin edilir. Həmin tabur əvvəlcə Gədəbəy rayonunun Şınıx bölgəsini müdafiə edir. Bir neçə aydan sonra isə onu Qazax rayonunun sərhəd kəndlərinə göndərirlər. O, gərgin döyüş zonası olan Qazaxın Yuxarı Əskipara, Aşağı Əskipara, Sofulu, Bərxudarlı kəndlərində gedən döyüşlərdə fəal iştirak etmişdir. R. Pirnəzərov 1992-ci il 13 avqustda qəhrəmancasına həlak olmuşdur.
Tədbirdə şagirdlər şəhidin həyat və döyüş yolunu əks etdirən, vətənpərvərlik mövzusunda  hazırladıqları ədəbi-bədii kompazisiyaları nümayiş etdirdilər.
Sonda çıxış edənlər Şəhid Rizvan Pirnəzərovun igidliyindən söz açaraq, onun xatirəsinin daim əziz tutulacağını bildirmişlər.

Keçidlər