Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə və 11 nömrəli onbirillik musiqi məktəbinin yaranmasının 60 illiyinə həsr edilmiş konsert proqramı keçirildi

04 may 2018 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və 11 nömrəli onbirillik musiqi məktəbinin təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə və musiqi məktəbinin yaranmasının 60 illiyinə həsr edilmiş konsert proqramı təşkil edilmişdir.
Tədbirdə Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, musiqi məktəbinin direktoru Rövşən Məmmədov, media nümayəndələri, musiqi məktəbinin müəllim və şagird kollektivi iştirak etmişdir.
Tədbir musiqi məktəbi kollektivinin hazırladığı konsert proqramından ibarət olmuşdur. Proqramda dahi Azərbaycan bəstəkarlarının bəstələri ilə yanaşı klassik Avropa musiqiləri də ifa edildi. Konsertdə məktəbliləri Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edirdi.
Qeyd edək ki, 11 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri olan konsert proqramının solistləri bir neçə dəfə Respublika əhəmiyyətli musiqi yarışlarının laureantı adını qazanıblar.

 

Keçidlər