Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 100 №-li tam orta məktəbin “Şahin” hərbi-idman oyunu komandasının mükafatlandırılması mərasimi keçirildi

18 may 2018 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 18 may 2018-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində “Şahin” hərbi-idman oyununun rayon mərhələsində I, Bakı şəhər mərhələsində III yerə layiq görülmüş 100 №-li tam orta məktəbin komandasının mükafatlandırılması mərasimi keçirilmişdir.
Tədbirdə Binəqədi rayon Gənclər və İdman  İdarəsinin rəisi Elvin Aslanov, rəis müavini Sevinc Süleymanova, 100 №-li tam orta məktəbin hərbi hazırlıq müəllimi Cəlal Cəlilov və “Şahin” hərbi-idman oyunu komandasının üzvləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan idarə rəisi Elvin Aslanov qalib komandanın üzvlərini təbrik edərək gənc nəslin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi və hərbi-idman oyunlarının keyfiyyətinin artırılması sahəsində səmərəli fəaliyyətinə görə 100 №-li tam orta məktəbin rəhbərliyi, hərbi hazırlıq və idman müəllimlərinə təşəkkürünü bildirmişdir.
Sonra hərbi hazırlıq müəllimi Cəlal Cəlilov və “Şahin” hərbi-idman oyunu komandasının üzvləri idarə tərəfindən fəxri fərman, diplom, medal, kubok və xatirə hədiyyələri ilə təltif edildilər.

Keçidlər