Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr edilmiş ümumrayon iməcliyi keçirildi

19 may 2018 | 11:00

19.05.2018- cil tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, IDEA Ictimai Birliyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayonu Gənclər və İdman Idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr edilmiş ümumrayon iməcliyi keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının aparatı, IDEA Ictimai Birliyinin rəhbər heyəti və könüllüləri, Rayon ictimaiyyəti, YAP Binəqədi rayon təşkilatının fəal gəncləri, Binəqədi rayonu Gənclər və İdman Idarəsinin könüllüləri, ASAN könüllülərin iştirakı ilə həyata keçirilən iməclik zamanı 1000-ə qədər eldar şamı, küknar və tuya dekorativ ağacları, o cümlədən gül kolları əkildi.Vətənpərvərlik mahnıları sədaları altında keçirilən iməcliyin sonunda iştirakçılar üçün çay süfrəsi verildi.

Keçidlər