Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda şəhid Vüsal Salahlının anım günü keçirildi

21 may 2018 | 11:00

21 may tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş Salahlı Vüsal Şəmbə oğlunun ad günü ilə əlaqədar şəhidin məzarı ziyarət olunmuşdur. Ziyarət mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə İnzibai Ərazi Dairəsi üzrə nümayəndəsi Əlikram Haqverdiyev, Xocəsən bələdiyyəsinin sədri Anar Abbasov və şəhidin ailə üzvləri iştirak etmişdir. Ziyarət zamanı şəhidin xatirəsi yad olunmuş və ruhuna dualar oxunmuşdur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər