Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon məktəbləri arasında “Şahmat” üzrə rayon turniri keçirildi

21 may 2018 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 21 may 2018-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində rayon orta ümumtəhsil məktəbləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə “Şahmat” üzrə rayon turniri keçirilmişdir.
Turnirin hakimi şahmat üzrə məşqçi-müəllim Xalidə Həsənova iştirakçılara yarışın qaydalarını izah etdikdən sonra turnirə start verilmişdir.
“Şahmat” üzrə rayon turnirinin nəticəsinə görə 276 №-li tam orta məktəbin komandası I yeri, 244 №-li tam orta məktəbin komandası II yeri, 205 №-li tam orta məktəbin komandası III yeri tutmuşdur.
Turnirin mükafatlandırılma mərasimində çıxış edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Rafiq Nəsirov məktəblilər və onların müəllimlərinə yarışda iştirak etdiklərinə görə təşəkkürünü bildirdi və onlara gələcək yarışlarda uğurlar arzuladı. Sonra qaliblər İdarə tərəfindən diplom və medallarla təltif edildilər.

Keçidlər