Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Cümhuriyyətin işığı ilə 100 il" adlı möhtəşəm ədəbi-bədii gecə keçirildi

23 may 2018 | 11:00

23.05 2018-ci il tarixdə Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Cümhuriyyətin işığı ilə 100 il" adlı möhtəşəm ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə xalq şairi Vahid Əziz, Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının baş təlimatçısı Rahil Şükürov, M.Ə.Rəsulzadə bələdiyyəsinin məsul əməkdaşı Jalə Tofiqqızı, ATİAHİ Binəqədi rayon komitəsinin sədri Almaz Hacıyeva, məktəbin müəllim kollektivi və şagird heyəti, həmçinin valideynlər iştirak etmişdir. Tədbirdə şagırdlər mahnı və rəqs nömrələri ilə çıxış edərək Odlar Yurdu Azərbaycana olan sonsuz məhəbbətlərini nümayiş etdirdilər.
Tədbirdə çıxış edən qonaqlar AXC-nin 100 illiyinin qeyd olunmasının ölkəmizdə azərbaycançılıq təfəkkürünün möhkəmlənməsinə və zənginləşməsinə, həmçinin gələcək nəsillərin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə olunmasına xidmət edəcəyini vurğulayaraq, tədbirin hazırlanmasında əməyi olan hər bir kəsə təşəkkürlərini bildirdilər.

Keçidlər