Şriftin ölçüsü :

Saytın rəngi :

ASAN könüllülərinin Binəqədi Gənclər Evi Sosial Xidmətlər Müəssisəsinə ekskursiyası təşkil edildi

26 may 2018 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən 13-cü heyət ASAN könüllülərinin Binəqədi Gənclər Evi Sosial Xidmətlər Müəssisəsinə ekskursiyası təşkil olunub. Ekskursiyanın təşkilində məqsəd gənclər evində olan şərait və fəaliyyət istiqamətləri ilə gəncləri tanış etmək olmuşdur.
Binəqədi Gənclər Evinin əməkdaşı Mahmud Məmmədzadə ASAN könüllülərini qarşılamış və gənclər evinin bölmələri ilə onları tanış etmişdir. Ekskursiya zamanı gənclər Elektron kitabxana, Ünsiyyət klubu, Şahmat klubu, Akt zalı, Media otağı, Sərgi otağı və Futbol meydançasında olmuşdur. Daha sonra ekskursiya sual-cavab şəklində davam etmişdir.

Keçidlər