Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda fəaliyyət göstərən Müslüm Maqomayev adına 26 saylı onbir illik musiqi məktəbinin təşkilatçılığı ilə “Bu dünya bizik” adlı tədbir keçirildi

25 may 2018 | 11:00

25.05.2018-ci il tarixində Binəqədi rayonunda fəaliyyət göstərən Müslüm Maqomayev adına 26 saylı onbir illik musiqi məktəbinin təşkilatçılığı ilə Rəşid Behbutov adına mahnı teatrında AXC-nin 100 illiyinə, Müslüm Maqomayev adına 26 saylı onbir illik musiqi məktəbinin yaranmasının 40- cı ildönümünə həsr edilmiş “Bu dünya bizik” adlı tədbir keçirilmişdir.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyət başçısının müavini Aygün Əliyeva iştirak edib. Çıxış üçün söz verilən Aygün Əliyeva Azərbaycan Müslüm Maqomayev adına 26 saylı onbir illik musiqi məktəbinin yarandığı gündən bu günə qədər önəmli işlər gördüyünü qeyd etdi.Natiq Ulu öndər Heydər Əliyev tərəfindən incəsənətə göstərilən diqqət və qayğının onun layiqli davamçısı ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.
Tədbir Müslüm Maqomayev adına 26 saylı onbir illik musiqi məktəbinin tələbələrinin ifasında müxtəlif musiqi nömrələri ilə davam etdirilib.

Keçidlər