Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda fəaliyyət göstərən C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının təşkilatçılığı ilə Hidayət Orucovun “Ömürdən uzun gecə” əsəri əsasında hazırlanan tamaşanın premyerası təqdim edildi

30 may 2018 | 11:00

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 30 may 2018-ci il tarixdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində görkəmli şair-dramaturq Hidayət Orucovun “Ömürdən uzun gecə” əsəri əsasında hazırlanan tamaşanın premyerasını təqdim etmişdir.Tamaşanı izləyənlərin sırasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev, şair-dramaturq Hidayət Orucovun ailə üzvləri və Binəqədi rayon sakinləri olmuşdur. 
Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, rejissoru Tural Xəlilzadə, bəstəkarı əməkdar incəsənət xadimi Cavanşir Quliyev, rəssamı Vahid Mürsəliyevdir.
Rollarda əməkdar artistlər Vaqif  Kərimov, Esmiralda Şahbazova, Rəşid Rzayev, aktyorlar Niyaməddin Səfərəliyev, Güney Əliyeva, Səmayə İsmayılova, Sevinc Hüseynova, Ruhiyyə Eyvazova, Müdvər Nemətova, Xatirə Süleymanova, Natiq Həziyev, Oktay Mehdiyev, Ceyhun Əliyev, Bəhruz Hikmətoğlu və Rövşən Cəfərov çıxış etmişlər.

Keçidlər