Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon orta ümumtəhsil məktəblərinin 7-9-cu sinif şagirdləri arasında “Futbol” birinciliyi keçirildi

31 may 2018 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 30-31 may 2018-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin stadionunda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə rayon orta ümumtəhsil məktəblərinin 7-9-cu sinif şagirdləri arasında “Futbol” birinciliyi keçirilmişdir.
Birinciliyin nəticəsinə görə I yeri 276 №-li tam orta məktəbin komandası, II yeri 115 №-li tam orta məktəbin komandası, III yeri 157 №-li tam orta məktəbin komandası tutmuşdur.

Keçidlər