Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunun qəsəbə və mikrorayonlarında iftar süfrələri təşkil edilir

05 iyun 2018 | 11:00

Binəqədi rayonunun qəsəbə və mikrorayonlarında hər il olduğu kimi bu il də Ramazan ayında iftar süfrələri təşkil edilir.
Belə iftar süfrələrindən biri Biləcəri bələdiyyəsi və “Xırman” MMC tərəfindən Biləcəri ərazisində yaşayan imtiyazlı şəxslər, qaçqınlar və məcburi köçkünlər üçün təşkil edilmişdir.
Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev, Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev və “Xırman” MMC-nin əməkdaşları iştirak etmişdirlər.
Allah bütün oruc və duaları qəbul etsin!

Keçidlər