Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda olunmuş “Əlvida bağça- salam məktəb” adlı tədbiri keçirildi

13 iyun 2018 | 11:00

Binəqədi rayonu 138 saylı körpələr evi- uşaq bağçasında 15 iyun Milli Qurtuluş günü və  məktəb yaşına çatmış uşaqlarla vidalaşma mərasiminə həsr olunmuş  “Əlvida bağça- salam məktəb” adlı tədbiri keçirilmişdir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Kərimov, 138 saylı körpələr evi- uşaq bağçasının müdiri Sehranə Qasımova iştirak etmişdir.
Çıxış edən 138 saylı körpələr evi- uşaq bağçasının müdiri Sehranə Qasımova Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15 iyunun milli dövlətçilik ənənələrini müəyyən edən mühüm başlanğıcların əsası qoyduğunu dedi. Natiq Milli Qurtuluş Gününün  Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu qeyd etdi. Çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti İcrimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Kərimov Bu gün milli qurtuluş ideologiyasının təntənəsinin müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verirdiyini , dünyada Azərbaycanın nüfuzu daha da artırdığını qeyd etdi. Kənan Kərimov Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişafın dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadığını bildirdi.
Tədbir 138 saylı körpələr evi- uşaq bağçasının balaca fidanların ifasında maraqlı kompozisiyalar ilə davam etdirildi.

 

Keçidlər