Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində Tədbirlər Planına əsasən abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam etdirilir

29 iyun 2018 | 11:00

Vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq, sakinlərimizin istək və arzularına uyğun olaraq Binəqədi rayonunda təxirə salınmaz tədbirlər həyata keçirilir. Belə ki, rayonumuzun ərazisində Tədbirlər Planına əsasən abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam etdirilir.
8-ci mikrorayon, Ziya Bünyadov prospekti boyu yaşayış binalarının şüşə hissələri yuyularaq təmizlənir, 7-ci mikrorayon, F.Məlikov 3a, 8-ci mikrorayon Azadlıq prospekti 189 və 191 saylı yaşayış binalarının həyətinə asfalt örtüyü çəkilir, Bakı-Sumqayıt yolunda divarlar rənglənir, eyni zamanda sıradan çıxmış döşəmələr təmir edilir.

Keçidlər