Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində Tədbirlər Planına əsasən abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam etdirilir

10 iyul 2018 | 11:00

Vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq, sakinlərimizin istək və arzularına uyğun olaraq Binəqədi rayonunda təxirə salınmaz tədbirlər həyata keçirilir. Belə ki, rayonumuzun ərazisində Tədbirlər Planına əsasən abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam etdirilir.
Azadlıq 2 A mənzil 3 ünvanında yaşayan sağlamlıq imkanları məhdud olan yeniyetmənin valideynləri tərəfindən edilən müraciətə əsasən pandusun quraşdırılması işləri həyata keçirilir, Bak-Sumqayıt yolunda yaşıllıqlar yenisi ilə əvəz edilir və alt hissədə olan qazon qatı götürülərək yerinde yeni növ çiçəklər əkilir, suvarılma işləri aparılır, 8-ci mikrorayon ərazisindəki mənzillərdə tüstü bacaları təmizlənir, Qəhrəmanlar parkında büstlər yuyulub təmizlənir, 8-ci mikrorayon, S.Rəhimov 57, 9-cu mikrorayon M.Cəlal 21, 35, 49, 51 saylı binaların həyətinə asfalt örtüyü çəkilir, Bakı-Sumqayıt yolunda divarlar rənglənir, eyni zamanda sıradan çıxmış döşəmələr təmir edilir.

Keçidlər