Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar görüşü keçirildi.

12 iyul 2018 | 11:00

2018-ci il iyul ayının 12-də 135 saylı tam orta məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar görüşü keçirildi. Görüşdə rayon rəhbəri ilə yanaşı, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, aparatın şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak edirdi. Sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

Keçidlər