Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Rayon İcra Hakimiyyəti başçısının yerlərdə keçirdiyi səyyar görüş və qəbullarda vətəndaşlar tərəfindən qaldırılan məsələlərinin icrasına nəzarətin gücləndirilməsi məqsədi ilə tədbir keçirildi

19 iyul 2018 | 11:00

19 iyul 2018-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin akt zalında, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin sədrliyi ilə RİH başçısının yerlərdə keçirdiyi səyyar görüş və qəbullarda vətəndaşlar tərəfindən qaldırılan məsələlərinin icrasına nəzarətin gücləndirilməsi məqsədi ilə tədbir keçirilmişdir. Tədbirdə Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov, RİH başçısının birinci müavini İlqar Süleymanov, müavinlər Vüsar İsmayılov, Aygün Əliyeva, Aparatın şöbə müdirləri, RİH başçısının İnzibati və sahə İƏD üzrə nümayəndələri, Bələdiyyə sədrləri, Kommunal xidmət sahələrinin rəhbərləri, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Mənzil Kommunal İstismar Sahələrinin rəisləri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan RİH başçısı E.Allahverdiyev onun yerlərdə keçirdiyi səyyar görüş və qəbulları hər ay təsdiq olunmuş qrafikə müvafiq keçirildiyini və bu görüşlərdə rayonun Hüquq mühafizə orqanlarının rəhbərlərinin, rayonda fəaliyyət göstərən dövlət idarələrinin və kommunal xidmət sahələrinin rəhbərlərinin iştirak etdiyini bildirdi. Bu görüşlərdə verilən tapşırıqların RİH başçısı tərəfindən müəyyən edilən vaxt ərzində həllinə xüsusi diqqətin ayrıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Natiq səyyar görüşlərdə vətəndaşlar tərəfindən qaldırılan müraciətlərin icrasının Prezident Administrasiyası tərəfindən ciddi nəzarətə götürüldüyünü bildirdi. RİH başçısı E.Allahverdiyev iclasa yekun vuraraq rayon ərazisində tikintilərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun aparılması, məişət tullantılarının vaxtlı-vaxtında təmizlənməsi, qanunsuz küçə ticarətinin aradan qaldırılması və s. məsələlərin icrasının daimi nəzarətdə saxlanması barədə aidiyyəti məsul şəxslərə tapşırıqlarını verdi.

Keçidlər