Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda məhəllələrarası “Futbol” birinciliyi keçirildi

20 iyul 2018 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 24-cü ildönümü münasibəti ilə 19-20 iyul 2018-ci il tarixlərdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin stadionunda 2007-2008-ci il təvəllüdlü yeniyetmələr arasında məhəllələrarası “Futbol” birinciliyi keçirilmişdir.
“Futbol” birinciliyinin nəticəsinə görə I yeri Biləcəri qəsəbəsini təmsil edən “Şimşək” komandası, II yeri 7-ci mikrorayonu təmsil edən “Qartal” komandası, III yeri 8-ci mikrorayonu təmsil edən “Zirvə” komandası tutmuşdur.
Birinciliyin mükafatlandırılma mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Səməd Səmədzadə, Binəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşları Rüfət Əhmədov və Rafiq Nəsirov, idman müəllimləri, valideynlər və məktəblilər iştirak etmişlər. Qalib komandalara diplom və medallar təqdim edilmişdir.

 

Keçidlər