Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində Tədbirlər Planına əsasən abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam etdirilir

24 iyul 2018 | 11:00

Vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq, sakinlərimizin istək və arzularına uyğun olaraq Binəqədi rayonunda təxirə salınmaz tədbirlər həyata keçirilir. Belə ki, rayonumuzun ərazisində Tədbirlər Planına əsasən abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam etdirilir.
8-ci mikrorayon, H.Hüseynov 23 ünvanında yaşıllıqlara aqrotexniki qulluq göstərilir, Azadlıq prospekti 180/20 saylı yaşayış binasının həyətində işıqlandırma dirəklərində sıradan çıxmış lampalar yenisi ilə əvəz edilir, 9-cu mikrorayon, A.Məmmədov 115 ünvanında oturacaqlara yeni rəng örtüyü çəkilir, Xırdalan dairəsindən Masazır istiqamətinə gedən magistral yolda asfaltlanma isləri görülür, Biləcəri enişində taxta dekorların bərpası işləri aparılır.

Keçidlər