Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr edilmiş tədbir keçirildi

01 avqust 2018 | 11:00

31.07.2018-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yap Binəqədi Rayon Təşkilatı, Gənclər və İdman İdarəsi və Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə 1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, YAP Binəqədi Rayon Təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva,  Binəqədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova, Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının direktoru Rəna Bilyəndarlı, Ədəbiyyatşünas, tənqidçi və publisist, filologiya üzrə elmlər doktoru, professor, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Əlizadə Əsgərli, Türkoloq-alim, filologiya üzrə fəlsəfə doktoru, AMEA Rəyasət heyətinin təsisçisi olduğu beynəlxalq "Türkologiya" jurnalının məsul katibi Elçin İbrahimov və YAP Binəqədi Rayon Təşkilatının bir qrup fəal gənci iştirak edib.
Tədbir başlamazdan öncə qonaqlar Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxana fonduna daxil olan ədəbiyyatlarla tanış oldular.
Tədbiri açıq elan edən Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Rəna Biləndərli qonaqları salamlayaraq dilin millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvəti olduğunu qeyd etdi.
Çıxş üçün söz verilən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktr müavini, professor Əlizadə Əsgərli millətin dilinin dövlət dili statusuna yüksəlməsinin tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsi olduğunu vurğuladı. Natiq dilin dövlət dili statusuna yüksəlməsinin  millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin əsas sübutu olduğunu dedi.
Çıxış edən Türkoloq-alim, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov milli-mənəvi dəyərlərin ən qiymətlisi və bir millət kimi milli varlığın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində bu günə qədər çox mühüm addımlar atıldığını, ölkədə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsi olduğunu bildirdi.
YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva Respublikada dil siyasətinin formalaşdırılmasının, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsinin və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi.
Binəqədi Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev Ümummilli Lider siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən dil siyasətinin uğurla həyata keçirildiyini qeyd etdi. Natiq Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısının hazırlandığını bildirdi. Şəmsi Gülverdiyev çıxışını Ümummili lider Heydər Əliyevin “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir” fikri ilə yekunlaşdırdı.

Keçidlər