Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi gənclərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edildi

03 avqust 2018 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi rayonunda 12 Avqust - “Beynəlxalq Gənclər günü”nün qeyd edilməsi haqqında 03 avqust 2018-ci il tarixli 226 №-li Sərəncamının icrasına uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 08 avqust 2018-ci il tarixində Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilmişdir.
Ekskursiyada Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, gənclər iştirak etmişlər.
Ekskursiya zamanı Mərkəzin əməkdaşı tərəfindən ziyarətçilərə burada nümayiş etdirilən “Azərbaycan inciləri: tarixin axarında”, “Mini Azərbaycan” və “Əbədiyyət xəzinəsi” sərgiləri haqqında ətraflı məlumat verilmişdir.
Heydər Əliyev Fondu, Florensiyanın Uffizi Qalereyası, Heydər Əliyev Mərkəzi, İtaliyanın Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil edilmiş və Azərbaycan xalqının böyük oğlu, sərkərdəsi və şairi Şah İsmayıl Xətaiyə həsr edilmiş “Əbədiyyət xəzinəsi” adlı sərginin eksponatları, xüsusilə Şah İsmayılın və onun oğlu Şah Təhmasibin Florensiyanın Uffizi qalereyasından ilk dəfə Azərbaycana gətirilən orijinal portretləri gənclərin böyük marağına səbəb olmuşdur.

Keçidlər