Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Beynəlxalq Gənclər günü” münasibətilə üzgüçülük idman növü üzrə şəxsi birinciliklər keçirildi

10 avqust 2018 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi rayonunda 12 Avqust - “Beynəlxalq Gənclər günü”nün qeyd edilməsi haqqında 03 avqust 2018-ci il tarixli 226 №-li Sərəncamının icrasına uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 09-10 avqust 2018-ci il tarixində Bakı Tennis Akademiyasında gənclər arasında (kişilər və qadınlar üzrə) üzgüçülük idman növü üzrə şəxsi birincilik keçirilmişdir.
Kişilər arasında keçirilən yarışın nəticəsinə görə Emin Məmmədov I yeri, Əbdülrəşid Quliyev II yeri, Abdul Ömər III yeri tutmuşdur.
Qadınlar arasında keçirilən yarışın nəticəsinə görə Nuray Mustafayeva I yeri, Fidan İsmayıl II yeri, İlahə Mustafayeva III yeri tutmuşdur.
Qaliblər Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal və xatirə hədiyyələri ilə təltif edilmişlər.

Keçidlər