Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 12 Avqust - “Beynəlxalq Gənclər günü” ilə əlaqədar konsert proqramı keçirildi

10 avqust 2018 | 11:00

10 avqust 2018-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi rayonunda 12 Avqust - “Beynəlxalq Gənclər günü”nün qeyd edilməsi haqqında 03 avqust 2018-ci il tarixli 226 №-li Sərəncamının icrasına uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkında tədbir keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev iştirak edib.
Çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev beynəlxalq gənclər gününün yaranma tarixindən bəhs edib. Natiq tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağladığını, gənc nəslin yetişdirilməsinin hər bir ölkə üçün ən başlıca məsələ olduğunu qeyd etdi.
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov Ulu Öndər Heydər Əliyevin gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab ediyini, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirdiyini, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdiyini qeyd etdi. Natiq hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gəncinin keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildiyini, Azərbaycan gənclərinin təşkilatlanmasının Ümummili lider Heydər Əliyevin əsas məqsədlərdən biri olduğunu və Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş və hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin aparıcı xəttini gənclərə aid konsepsiyanın təşkil etdiyini bildirdi.
Tədbir “İlahə xalq çalğı” ansamblının ifasında maraqlı konsert proqramı ilə davam etdirildi.

Keçidlər