Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının təbriki

21 avqust 2018 | 11:00

"Hörmətli sakinlər! Sizləri İslam aləminin ən müqəddəs bayramlarından olan Qurban Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, bu mübarək bayramın millətimiz, İslam Dünyası və bütün insanlıq üçün xeyirli olmasını diləyirəm.
Öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dininin xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynadığı, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulub.
İslamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirən mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər.
Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, hər belə bayram cəmiyyətimizdə xeyirxahlığın, birlik və bərabərliyin, Vətənə və milli dövlətçiliyə sədaqətin təntənəsinə çevrilir. Bu mübarək bayram günlərində xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması diləyi ilə hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun!"

Hörmətlə,
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı
Elxan Allahverdiyev

Keçidlər