Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində Tədbirlər Planına əsasən abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam etdirilir

18 sentyabr 2018 | 11:00

Hörmətli izləyicilərimiz!

Vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq, sakinlərimizin istək və arzularına uyğun olaraq Binəqədi rayonunda təxirə salınmaz tədbirlər həyata keçirilir. Belə ki, rayonumuzun ərazisində Tədbirlər Planına əsasən abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam etdirilir.

7-ci mikrorayon Abay Kunanbayov küçəsi 11b saylı yaşayış binasının qarşısında abad məhəllənin salınması istiqamətində işlər davam edir, M.Cəlal 127 ünvanda istinad divarı təmir bərpa edilir, M.Aslanov küçəsi, döngə 10-da lilli, çirkablı torpaq qatı xüsusi texnika vasitəsilə yayılır, üzərinə qara torpaq qatı verilir, Ə. Naxcıvani 4, 5, 9 saylı yaşayış binalarında yeni pəncərələrin və kodlaşdırılmış qapıların quraşdırılması üçün işlər davam etdrilir, 9-cu mikrorayon H.Babaşov küçəsində təmizlik işləri aparılır, eyni zamanda 14 saylı yaşayış binasının həyətində idman qurğuları təmir edilir.

Keçidlər