Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi

27 sentyabr 2018 | 11:00

2018-ci il sentyabr ayının 27-də Yəhya Hüseynov küçəsi, döngə 2, “Xeyir-şər” evində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbəsi sakinləri ilə səyyar görüşü keçirildi. Görüşdə rayon rəhbəri ilə yanaşı, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, aparatın şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak edirdi. Sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

Keçidlər