Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Binəqədi rayon təşkilatında cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 15 illiyinə həsr olunmuş “15 ilin zəfər salnaməsi” adlı tədbir keçirildi

15 oktyabr 2018 | 11:00

15 oktyabr 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə cənab İlham Əliyevin xalqımızın mütləq əksəriyyətinin səsverməsi nəticəsində Azərbaycan Prezidenti seçilməsinin 15 illiyinə həsr olunmuş “15 ilin zəfər salnaməsi” adlı tədbir keçirildi. Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsi ziyarət olundu, gül dəstələri qoyuldu.Daha sonra prezident cənab İlham Əliyevin son 15 illik fəaliyyətinə həsr olunmuş videoçarxın təqimatından sonra tədbirin rəsmi hissəsinə başlanıldı.Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bütün qonaqları salamladı və bu əlamətdar gün münasibətilə hər kəsi təbrik etdi. Çıxışında vurğuladı ki, bu gün dövlətimiz və xalqımız üçün mühüm tarixi, siyasi bir hadisənin ildönümüdür. 1993-cü ildə xalqımızın təkidli xahişi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin cəsarəti, qətiyyəti sayəsində dövlətimiz mühüm dirçəliş dövrünə qədəm qoydu. Ölkəmizdə vətəndaş cəmiyyəti inkişaf etməyə başladı, sabitlik bərqərar olundu, ilk konstitusiyamız qəbul edildi. Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyəti illəri ölkəmizdə mühüm islahatların başlandığı illər oldu. Ramiz Göyüşov çıxışının davamında 2003-cü ildə keçirilən Prezident sçekilərindən bəhs etdi. Qeyd etdi ki, o zaman ulu öndər Heydər Əliyev prezidentliyə namizədliyini cənab İlham Əliyevin xeyrinə geri götürərkən, xalqa müraciət ünvanladı. Həmin müraciəti olduğu kimi diqqətə çatdıran natiq bildirdi ki,ulu öndər Heydər Əliyev cənab İlham Əliyevə hər zaman inanıb, onun başladığı taleyüklü məsələləri və planları onun həyata keçirəcəyinə əmin olduğunu bildirib. Ulu öndər cənab Prezidentə böyük ümidlər bəsləyirdi.  Azərbaycan xalqı da ulu öndər Heydər Əliyevin səsinə səs verdi və mütləq əksəriyyətlə cənab İlham Əliyevi Prezident seçdi. Ötən 15 il ərzində dövlət başçısı cənab İlham Əliyev ulu öndər siyasətini yeni tarixi və siyasi şəraitə uyğun olaraq davam etdirərək, inkiaşf etdirdi və bu inkişafa zəmin yaradan əsaslı islahatlar bu gün də davam etdirilir. Onun sözlərinə görə Azərbaycan tarixdə heç vaxt bü günkü qədər qüdrətli və qüvvətli olmayıb.Mullət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, çıxış edərək ictimai-siyasi sabitliyin ölkəmizdə həyata keçirilən uğurlu siyasətin və inkişafın bariz nümunəsi olduğunu qeyd etdi. Daxili sabitliklə yanaşı, beynəlxalq və regional məkanda da sabitliyin tam təmin edildiyini vurğuladı. Prezident İlham Əliyev on beş illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Artıq dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı kifayət qədər çoxdur.Millət vəkili Kamaləddin Qafarov çıxış edərək bildir ki, Prezident cənab İlham Əliyev ölkəmizə 15 illik rəhbərliyi dövründə “Mən hər bir azərbaycanlının prezidenti olacağam” fikrini bütün əməli fəaliyyəti ilə sübut edib. Bu gün ötən 15 illə hazırkı mövcud vəziyyəti, ictimai-siyasi, digər sahələrdəki sabitliyi, uğurları müqayisə etsək görərik ki, həqiqətən son 15 il Azərbaycanda zəfər salnaməsi yazılıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasət uğurla davam etdirilib, bu siyasətin hədəflərinə nail olunub. Azərbaycan dünyadakı mövqeyini daha da möhkəmləndirib, müstəqil və qətiyyətli mövqeyi ilə özünün maraqlarını təmin etməyi bacarıb. Ölkədaxili dinamik inkişaf əldə edilib, əhalinin rifahı yüksəldilib. İqtisadi sahədə mühüm irəliləyişlərə nail olunub, ölkəmizə daxil olan xarici investisiyaların həcmi özünün pik həddinə çatıb.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov çıxışında qeyd etdi ki, Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlarla yüksək səviyyəli xidmətlərin göstərilməsi üçün aparılan islahatlar çərçivəsində innovativ addım ataraq Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini yaratdı. “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması ilə dövlət orqanlarında şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilən elektron xidmətlərə keçidin sürətləndirilməsi təmin olundu. Bu gün artıq Azərbaycanın “ASAN xidmət” təcrübəsi bir sıra ölkələr tərəfindən öyrənilir və tətbiq edilir. Əhalinin məşğulluğu, əmək və sosial müdafiəsi ilə bağlı çevik və innovativ xidmətlər göstərilməsi üçün bu ilin avqustunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində yaradılan "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" bu mütərəqqi ideyaların davamıdır.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul edilən bir sıra gəncə yeni partiya üzvlük vəsiqələri təqdim edildi. Rayon təşkilatının ictimii-siyasi həyatında fəal iştirak edən bir sıra şəxslər Fəxri Fərmanla təltif edildi.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, YAP Binəqədi rayon təşkilatının sədr müavini Hüseyn Əsgərov çıxış edərək təltif olunmasını bütün təhsil ictimaiyyətinə göstərilən diqqət və qayğı olduğunu qeyd edərək və öz təşəkkürünü bildirdi.

 

Keçidlər