Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının 1 nömrəli Sahə İnzibati Ərazi dairəsinin sakinləri ilə növbəti səyyar görüşü keçirildi

26 oktyabr 2018 | 11:00

2018-ci il oktyabr ayının 25-də Binəqədi rayonu  248 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar görüşü keçirildi. Görüşdə rayon rəhbəri ilə yanaşı, RİH başçısının müavinləri, aparatın şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak edirdi. Sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

Keçidlər