Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Üç rəngli bayrağınla məsud yaşa!” mövzusunda bədii-qiraət müsabiqəsi keçirildi

07 noyabr 2018 | 11:00

09 Noyabr - “Azərbaycan Respublikasının Dövlət Bayrağı günü” münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi, 6 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzi və Bakı Humanitar Kollecinin təşkilatçılığı ilə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində “Üç rəngli bayrağınla məsud yaşa!” mövzusunda inşa yazı, bədii-qiraət və rəsm müsabiqələri keçirilmişdir. Müsabiqələr 7-10, 11-14, 15-17 yaş qrupları üzrə keçirilmişdir.30-31 oktyabr 2018-ci il tarixində keçirilən bədii-qiraət müsabiqəsi zamanı Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova məktəbliləri salamlayaraq Dövlət Bayrağı gününün mahiyyəti barədə onlara ətraflı məlumat vermişdir.Rayon Gənclər və İdman İdarəsinin rəis müavini S.Süleymanova, 6 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimləri – Mahirə Əliyeva, Nuranə Novruzova, Cəmilə Nəbiyeva və Çinarə Kərimlidən ibarət münsiflər heyətinin qiymətləndirməsinə əsasən müsabiqənin nəticəsi aşağıdakı kimi olmuşdur:
7-10 yaş qrupu üzrə:

Məhərrəmli Məryəm Rövşən qızı - 83 №-li  məktəb-lisey III sinif

Qarazadə Nahidə Arif qızı
Məmmədov Nahid Zöhrab oğlu
Məhərrəmli Aydan Mübariz qızı - 6 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzi IV sinif

Qarasulu Ayaz Bünyad oğlu - 267 №-li məktəb-lisey  V sinif

11-14 yaş qrupu üzrə:

Məmmədli Mirzəağa Aslan oğlu - 299 №-li  məktəb-lisey VIII sinif
Eyvazov Əli Vüqar oğlu - 283  №-li tam orta məktəb VI sinif
İsgəndərova Şəbnəm Elçin qızı - 244 №-li tam orta məktəb VI sinif

15-17 yaş qrupu üzrə:

Məmmədəliyev Azər Asif oğlu - 126 №-li tam orta məktəb IX sinif
Bağırlı Nilufər Rəhman qızı - 297 №-li tam orta məktəb IX sinif
Zeynalov Kamal Akif oğlu - 314 №-li tam orta məktəb IX sinif

Təltif olunan bütün gənclərimizi ürəkdən təbrik edirik!
 

 

Keçidlər