Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Azay Quliyevin Binəqədi gəncləri ilə görüşü keçirildi

22 noyabr 2018 | 11:00

22 noyabr 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Azay Quliyevin Binəqədi gəncləri ilə görüşü keçirilib.
Görüşdə Azay Quliyev cənab prezident İlham Əliyevin dövlət quruculuğu modelində gənclərin önəmli yer tutduğunu, potensiallarını faydalı istiqamətlərdə və səmərəli şəkildə reallaşdırmaq üçün onlara xüsusi diqqət və qayğının göstərilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.
Deputat çıxışında gənclərin qarşılaşdığı müxtəlif problemlər, sosial durumu ağır olan tələbələrin təhsil haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi, kiçik və orta sahibkarlığın inkişafı və məşğulluqla bağlı məsələlərə də toxunaraq, ona edilən müraciətlərin həllini daim diqqətdə saxladığını və gənc seçiciləri ilə görüşlərini bundan sonra da davam etdirəcəyini bildirib.
Gənclərin ideya və təkliflərini dinləyən deputat onların təşəbbüslərinin dəstəklənməsinə səlahiyyəti çərçivəsində dəstək verəcəyini deyib.
Millət vəkili həmçinin, ölkəmizin beynəlxalq arenada artan nüfuzu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətimizin fəaliyyəti, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti, elektron hökumət proqramının tətbiqi ilə bağlı görülən işlər və digər mövzularla da bağlı sualları cavablandırıb.
Görüşə moderatorluq edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov səslənən ideya və təklifləri ümumiləşdirib Azay Quliyevə təqdim edəcəklərini qeyd edib və maraqlı görüş üçün gənclər adından deputata təşəkkürünü bildirib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər