Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayonunda Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi

07 dekabr 2018 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və 6 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 7 dekabr 2018-ci il tarixində 6 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, 6 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ziyad Nəbiyev, mərkəzin müəllimləri, istedadlı uşaq və gənclər, onların valideynləri iştirak etmişlər.
Tədbirdə çıxış edən rəis müavini Sevinc Süleymanova bildirdi ki, Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası istiqamətində Binəqədi rayonunda müxtəlif tədbirlər həyata keçirilir. Mehdi Hüseynzadə 1941–1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanmışdır. Cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu günkü gənc nəsil üçün parlaq qəhrəmanlıq nümunəsidir.
Sonra mərkəzin istedadlı şagirdlərinin təqdimatında ədəbi-bədii proqram nümayiş etdirilmişdir. Tədbirin sonunda bir qrup iştirakçı tədbirdə fəal iştirakına görə Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif edilmişlər.

 

 

 

Keçidlər