Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev 4 qat Azərbaycan 2 qat Avrasiya və 3 qat Dünya çempionu olmuş İsmayılov Fətəli Hüseyn oğlunu qəbul edib

18 dekabr 2018 | 11:00

18 dekabr 2018-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev rayon sakini, idmanın uşu-sanda növü üzrə 4 qat Azərbaycan 2 qat Avrasiya və 3 qat Dünya çempionu olmuş İsmayılov Fətəli Hüseyn oğlunu qəbul etmişdir. Görüşdə Binəqədi RİH başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, çempionun məşqçisi və valideyni iştirak etmişdir.
Tədbirdə açılış nitqi ilə çıxış edən Binəqədi RİH başçısı Elxan Allahverdiyev ölkədə idman sahəsində görülən işlər barəsində danışdı. O qeyd etdi ki, son illər Respublikamızın beynəlxalq yarışlara ev sahibliyi etməsi Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında mühüm rol oynamışdır. Daha sonra, Gənclər və İdman idarəsinin rəisi E.Aslanov F.İsmayılovun idmanda əldə etdiyi uğurlar haqqında ətraflı məlumat verdi. Çıxış edən F.İsmayılovun atası H.İsmayılov gənclərin sağlam həyat tərzinə təşviq olunmasına və bu istiqamətdə ölkəmizdə idmanın inkişafına ayrılan diqqətə görə dövlət başçısı cənab İlham Əliyevə təşəkkürünü bildirdi.

 

Keçidlər