Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda ilk olaraq “Ailəliklə kitabxanaya” pilot layihəsi həyata keçirilib

20 dekabr 2018 | 11:00

20.12.2018- ci il tarixində Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında  Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə cəmiyyətin diqqətinin mütaliəyə cəlb olunması, ailədə mütaliə ənənəsinin təbliği və asudə vaxtın mənalı, səmərəli və düzgün nizamlanması məqsədilə “Ailəliklə kitabxanaya” pilot layihəsi ilk olaraq Binəqədi rayonunda həyata keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun rəhbəri Oktay Səmədov, Binəqədi Rayon İcra Hakimiyyətinin müavini Aygün Əliyeva, AMEA-nın həqiqi üzvü, akademiki Vaqif Abbasov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Binəqədi rayon Komitəsinin sədri Almaz Hacıyeva, Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, rayon ümumtəhsil və məktəbəqədər müəssisələrin rəhbərləri, bağça uşaqlarının valideynləri iştirak etdilər.Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva cəmiyyətin mənəvi və intellektual inkişafında mütaliənin vacibliyini diqqətə çatdırıb. Gənclərdə əqli, mənəvi zənginliyi formalaşdırmaqda kitabın əhəmiyyətinin xüsusi rolunun olduğunu qeyd edən Aygün Əliyeva layihənin Azərbaycan ailələrində müasir düşüncəli, savadlı gənclərin yetişməsində böyük rolu olacağını bildirib.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva layihənin həyata keçirilməsində dəstəyi olan təşkilatlara minnətdarlığını bildirib. Ailə siyasətinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirən Aynur Sofiyeva aparılan davamlı və məqsədyönlü siyasətin bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərdiyini qeyd edib.“Ailəliklə kitabxanaya” layihəsinin bu istiqamətdə yeni layihə olduğunu bildirən Aynur Sofiyeva kitabxana nəzdində formalaşdırılan ilk Ailə klubu barədə məlumat verərək layihənin, eyni zamanda, ailə münasibətlərinin, ailə bağlarının möhkəmləndirilməsi istiqamətində də böyük rolunun olacağını diqqətə çatdırıb.AMEA-nın həqiqi üzvü, akademik Vaqif Abbasov layihənin əhəmiyyətindən danışaraq ailədə kitaba sevginin hər bir kəsə uşaq yaşlarından aşılanmalı olduğunu, xüsusilə də bu işdə valideynlərin üzərinə böyük məsuliyyətin düşdüyünü bildirib.
Bakı şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı Şücayət Piriyeva, Binəqədi rayon MKS-nin direktoru Rəna Bilyandarlı layihənin əhəmiyyətindən bəhs ediblər.Tədbirdə rayonun inzibati ərazisində fəaliyyət göstərən  ümumtəhsil müəssisələrinin şağirdləri tərəfindən hazırladıqları Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyi ilə bağlı rəsm sərgisini nümayış etdirilib.Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. 177, 158, 151, 266 saylı uşaq bağçaları tərəfindən “Bir qalanın sirri” filmindən kadr, “Turp”, “ Yeni il”, “Tıq-tıq xanım”, “Qırmızı papaq” nağılları səhnələşdirilib.Tədbirin yekununda iştirakçı uşaqlara Binəqədi RİH və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hədiyyələr verilib.

 

Keçidlər