Şriftin ölçüsü :

Saytın rəngi :

F.Əmirov adına 6 nömrəli onbirillik uşaq incəsənət məktəbində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə konsert proqramı keçirilib

28 dekabr 2018 | 11:00

Dekabrın 28-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi qəsəbəsi, Nəsimi küçəsi 6 ünvanında yerləşən F.Əmirov adına 6 nömrəli onbirillik uşaq incəsənət məktəbində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə konsert proqramı keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev,  baş məsləhətçisi İlqar Pənahov, 6 nömrəli onbirillik uşaq incəsənət məktəbində təhsil alan şagirdlərin valideynləri iştirak ediblər.
İlk öncə məktəbin direktoru Ədilə Yusifova çıxış edərək qonaqları salamlayıb və Ulu öndər Heydər Əliyevin hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi elan etdiyini vurğulayıb.
Çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Ulu Öndərin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaların bu gün də aktuallığını qoruduğunu, bu siyasət dahi şəxsiyyətin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ardıcıl və qətiyyətli addımlar atıldığını bildirdi. Natiq dövlət başçısının Ümummilli Liderimizin ideyalarını daha da inkişaf etdirərək təkcə dünya azərbaycanlılarının birləşdirilməsi ilə kifayətlənməməyi, Azərbaycanın dünya xalqları içində önəmli bir topluma çevirməsini əsas prioritet kimi qarşıya qoyduğunu qeyd etdi.
Sonda məktəbin ən istedadlı şagirdlərinin iştirakı ilə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri ifa olunub, bir-birindən rəngarəng nömrələr səsləndirilib.
Konsert yüksək bayram əhval-ruhiyyəsi ilə keçirilib.

 

Keçidlər