Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində Tədbirlər Planına əsasən abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam etdirilir

04 yanvar 2019 | 11:00

Hörmətli izləyicilərimiz!

Vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq, sakinlərimizin istək və arzularına uyğun olaraq Binəqədi rayonunda təxirə salınmaz tədbirlər həyata keçirilir. Belə ki, rayonumuzun ərazisində Tədbirlər Planına əsasən abadlıq-quruculuq işləri davam etdirilir.
Görülən işlər çərçivəsində 7-ci mikrorayon A.Kunanbayev küçəsində yağış sularının axıdılması üçün nəzərdə tutulmuş dəmir barmaqlıqlar təmizlənir, S.S.Axundov küçəsi 3a sayli binanın dam örtüyü təmir edilir, A.Alixanov küçəsi 89 saylı binanın qarşısındakı zibil konteynerlərinin təkərləri yenilənir, İ.Dadaşov küçəsi 91 ünvanında təmizlik işləri davam etdirilir.

Keçidlər