Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Binəqədi Rayon Təşkilatının inzibati binasında hərbi xidmətini başa vurmuş gənclərin qarşılanma mərasimi keçirilib

22 yanvar 2019 | 11:00

22 yanvar 2019-cu il tarixində YAP Binəqədi Rayon Təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon şöbəsinin, YAP Binəqədi təşkilatının birgə təşkilatçılığı və Binəqədi Rayon Məşğulluq Mərkəzinin iştirakı ilə hərbi xidmətini başa vurmuş gənclərin qarşılanma mərasimi keçirilib.
Çıxış edən Səfərbərlik və Hərbi çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Rövşən Əliyev, Binəqədi Rayon Məşğulluq Mərkəzinin direktoru Anar Baqiri və Binəqədi Rayon İcra Hakimiyyəti aparatının Hüquq şöbəsinin müdiri Yunis Hüseynov ölkə başçısı Ali baş  komandanın ordu quruculuğuna göstərdiyi önəmdən, Azərbaycan ordusunun qüdrətindən söz açıblar.
Tədbirdə hərbi xidmətini başa vurmuş gənclərin işlə təmin olunması məsələsi müzakirə edilib.

Keçidlər