Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədov anadan olmasının 89-cu ildönümü münasibəti ilə ziyarət edilib

05 fevral 2019 | 11:00

Fevralın 5-də  Azərbaycan xanəndəsi, bəstəkar, Azərbaycan Respublikasının xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədov anadan olmasının 89-cu ildönümü münasibəti ilə ziyarət edildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları iştirak etmişdir.
Çay süfrəsi ətrafında səmimi keçən görüşdə Əlibaba Məmmədov ölkə başçısı cənab İlham Əliyevin və Respublikamızın birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın incəsənətin hər bir sahəsinə dəyər verməsindən  söz açdı. Azərbaycan Respublikasının xalq artisti göstərilən diqqətə görə Rayon İcra Hakimiyyəti rəhbərliyi və kollektivinə öz dərin təşəkkürünü bildirdi. Ə.Məmmədov yadda qalan xatirələrindən danışdı.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Əlibaba Məmmədova Rayon İcra Hakimiyyəti başçısının salamlarını çatdırdı. A.Əliyeva müasir dövrümüzdə Ulu Öndər Heydər Əliyevin yüksək diqqət göstərdiyi mədəniyyət siyasətinin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirdi. O, milli özünəməxsusluğumuzu özündə əks etdirən mədəniyyətimizin dünyada təbliğ edilməsi istiqamətində “Muğam” sənətinin əvəzsiz rola malik olduğunu qeyd etdi. Natiq Əlibaba Məmmədova uzun ömür can sağlığı arzu etdi.Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin təbrik məktubu səsləndirildi, xatirə hədiyyələri təqdim edildi.

Sonda xalq artisti Əlibaba Məmmədov ilə xatirə şəkli çəkdirildi.

 

 

 

Keçidlər