“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir keçirilib
14 mart tarixində “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhəri üzrə Təhsil idarəsinin müdir müavini Hüseyn Əsgərov,Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Aparatın şöbə müdirləri, məktəb direktorları, valideynlər, ASAN Könüllüləri, “Ölkəmizi tanıyaq” tur aksiyanın iştirakçıları iştirak etdilər. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
Tədbirdə çıxış edən 283 nömrəli məktəbin direktoru Tünzalə Zeynalova layihənin məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına çox böyük töhfələr verdiyini bildirdi. “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçısının valideyni Gülabətin Əhmədova bu layihənin məktəblilərə göstərilən diqqət və qayğının bariz nümünəsi olduğunu dedi. Sonra çıxış edən 314 nömrəli tam orta məktəbin şagirdi Rüstəm Mirzəzadə, 297 nömrəli tam orta məktəbin şagirdi Gülsüm Baxışova, 3 nömrəli məktəbin şagirdi Gülər Quluzadə “Ölkəmizi tanıyaq” tur-aksiyasının onların həyatında çox böyük və yaddaqalan olacağı fikrini səsləndirdilər.
Bakı Şəhəri üzrə Təhsil idarəsinin müdir müavini Hüseyn Əsgərov sadə insanların, ziyalıların, müəllimlərin, valideynlərin yekdil rəyinə görə, bu layihənin məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına çox böyük töhfələr verdiyini qeyd etdi.
Daha sonra çıxış üçün söz Binəqədi Rayon İcra hakimiyyətinin başçısı cənab Elxan Allahverdiyevə verildi. Natiq ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə ənənəvi olaraq keçirilən bu maarifləndirici layihənin əsas məqsədi ölkə məktəblilərinin respublikamızın ərazisini yaxşı tanımaları, tarixi yerlərlə yaxından tanış olmaları, tətil günlərini səmərəli keçirmələri, digər rayon və şəhərlərdən olan həmyaşıdları ilə tanış olmaqları olduğunu qeyd etdi. E.Allahverdiyev “Ölkəmizi tanıyaq” layihəsinin gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını qeyd etdi. Natiq gənclərimizə ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini öyrətməklə yanaşı, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, ölkə başçımız cənab İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacağından bəhs etdi. Sonda səfərin proqramı ilə iştirakşılar tanış oldular və tədbir bədii hissə ilə davam etdi.Novruz bayramının əsas simaları olan Kosa,keçəl və Bahar qızı tur-aksiya iştirakçılarını salamladı,daha sonra məktəblilər Binəqədi rayonu gənclərinin ifasında bayram müsiqilərini dinlədilər, qonaqlar aksiya iştirakçılarının ifasında “Şərur yallısı” nı izlədilər.
Sonda Tur-aksiyanın iştirakçıları üzərində “Ölkəmizi tanıyaq” sözləri yazılmış tortu kəsdilər.