Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazılışı üzrə müsabiqənin növbəti mərhələsi keçirilib

03 aprel 2019 | 11:00

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Binəqədi rayon tam orta ümumtəhsil məktəbləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazılışı üzrə müsabiqənin ilk mərhələsi keçirilmişdir.
Belə ki, “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda müsabiqənin keçirilməsi haqqında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 14 mart 2019-cu il tarixli 48 nömrəli sərəncamı ilə təsdiq edilmiş komissiyanın üzvləri tərəfindən təqdim edilmiş referat işlərin yoxlanılaraq, qiymətləndirilmişdir. Təqdim olunmuş referatlar İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən kodlaşdırılaraq, qiymətləndirilməsi üçün Komissiyanın üzvlərinə verilmişdir. Komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 13 ən yaxşı referat seçilmişdir.
03 aprel 2019-cu il tarixdə Komissiya tərəfindən referatları seçilən məktəblilər təqdimatla çıxış edərək işlərini təqdim etdilər. Nəticədə, Bakı şəhər mərhələsinə vəsiqə qazanmış ən yaxşı 5 referat seçilərək Bakı Şəhər İcra Hakimiyyətinə təqdim ediləcəkdir.

 

Keçidlər