Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin “Açıq qapı” formatında növbəti görüşü keçirilib

11 aprel 2019 | 11:00

2019-cu il aprel ayının 11-də 102 saylı MKİS-in inzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin “Açıq qapı” formatında növbəti görüşü keçirildi. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri iştirak edirdi. Görüşə gələn sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

 

 

Keçidlər