Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyevanın xatirəsi yad edilib

15 aprel 2019 | 11:00

Binəqədi rayonunda Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyevanın xatirəsi yad edilmişdir. İlk öncə Binəqədi rayonunun ictimai-siyasi və mədəni həyatında fəal rol oynayan bir qrup qadın rayonun 6-cı mikrorayon ərəzisində yerləşən Zərifə Əliyeva istirahət parkına gələrək görkəmli oftolmoloq-alimin abidəsini ziyarət etmiş və abidə önünə gül dəstələri qoymuşdurlar.
Yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşən Zərifə Əliyevanın xatirəsi ehtiramla anıldı.Anım mərasimində Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva,Binəqədi bələdiyyəsinin sədri Aytac Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevin Abdullayeva,Binəqədi rayonunda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri,Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən könüllülər vəs iştirak edirdi. əvvəlcə alimin xatirəsini bir dəqiqəlik sükutla yad etdi, daha sonra bildirdi ki, Zərifə xanımın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb.
Xatirə günündə bir daha qeyd olundu ki, akademik Zərifə Əliyevanın fitri istedada malik novator alim, pak və nəcib bir insan kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür-gün yaşayan Zərifə Əliyevanın əziz xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi qəlblərdə əbədi yaşayacağı  vurğulandı.

 

Keçidlər