Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda XI sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin başlanmasına həsr olunmuş tədbir keçirilib

15 aprel 2019 | 11:00

   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin başlanmasına həsr olunmuş tədbir keçirilib.
         Tədbir ümummilli lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
        Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Ramiz Göyüşov qonaqlara ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi sahəsində xidmətləri barədə məlumat verdi. R.Göyüşov Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə respublikanın sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yarandığını, bütün sahələrdə inkişafa doğru köklü dəyişikliklər baş verdiyini dedi.
     Çıxış üçün söz verilən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva müasir Azərbaycanın memarı Heydər Əliyevin vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs etdi. A.Əliyeva dahi lider Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi sayəsində digər sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük nailiyyətlər əldə olunduğunu diqqətə çatdırdı. Natiq Heydər Əliyevin Azərbaycan rəhbərliyinə çətin və mürəkkəb bir şəraitdə, respublikada sosial-iqtisadi həyatın tənəzzül dövründə gəldiyini qeyd etdi. O, ölkə rəhbərliyinə gəlişinin ilk günlərindən H. Əliyevin qarşısında hələ həmin dövrə qədər onun sələflərinin heç birinin cəsarət edə bilmədiyi misli görünməmiş vəzifələrin həlli dayandığını qeyd etdi.
    Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə aid şagirdləri maraqlandıran suallar cavablandırıldı.

 

Keçidlər