Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb

31 may 2019 | 11:00

Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkilləri Kəmaləddin Qafarov, Azay Quliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədri Mübariz Qurbanlı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Binəqədi RİH başçısı Aparatının əməkdaşları, Rayon Bələdiyyələrinin sədrləri, ağsaqqallar, ziyalılar, din xadimləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və fəal gənclər iştirak edib. İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlanılıb.
Çıxış edənlər dərin milli-mənəvi təməl üzərində müasir inkişaf yolu seçmiş dövlətimizdə İslam dəyərləri milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsi olduğunu bildirdilər. Natiqlər Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələrinin mehribanlıq, əmin-amanlıq şəraitində yaşadığını, qeyd etdilər. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dinlərarası münasibətlərin dünya üçün böyük əhəmiyyət daşıdığı fikri səsləndirildi.
Daha sonra Mərasimdə on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.

 

Keçidlər