Şriftin ölçüsü :

Saytın rəngi :

“Ümumrayon iməcliyi” çərçivəsində Binəqədi Rayonu üzrə təmizlik işləri görülüb

10 iyun 2019 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı şəhərində yaşıllıqların salınması və onların genişləndirilməsinə olan diqqət və qayğısının bariz nümunəsidir ki, hər il paytaxtın rayonlarında minlərlə yeni ağaclar əkilir, onlara qulluq göstərilir, yeni-yeni yaşıllıq zonaları yaradılır, istirahət parkları, abad məhəllələr salınır.
Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı Şəhəri üzrə təşkil edilmiş “Ümumrayon iməcliyi” çərçivəsində Binəqədi Rayonu üzrə təmizlik işləri görülüb.
İməcliklər zamanı təmizlik işləri görülüb, ağacların dibi, yol kənarları quru otlardan təmizlənib, ağacların quru budaqları budanıb, gövdəsi ağardılıb, əvvəl əkilmiş güllərə, ağaclara və yaşıllıqlara qulluq göstərilib. İlboyu göstərilən qulluq nəticəsində ötən il əkilmiş ağacların çox böyük əksəriyyətinin boy atdığı müşahidə olunmuşdur.
Eyni zamanda rayon ərazisində yerləşən ictimai-iaşə, məişət və digər obyektlərin vitrinləri, küçələrdə bordyurlar, işıq dirəkləri yuyulub, onların qarşısındakı ərazilərdə abadlıq işləri aparılıb, bir sıra yerlərdə hasarlar rənglənib.
Keçirilən iməclik və ağacəkmə aksiyaları ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, şəhərimizin daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamı olmuşdur.

 

Keçidlər