Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 26 İyun - “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü” münasibətilə tədbir keçirilib

26 iyun 2019 | 11:00

26 iyun 2019-cu il tarixində Binəqədi qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Mərkəzi Mədəniyyət evinin birgə təşkilatçılığı ilə 26 İyun - “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü” münasibətilə tədbir keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri,Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Ramiz Göyüşov, “N” saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Nəsrəddin İsgəndərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəsi Zakir Əliyev, Binəqədi Bələdiyyəsinin sədri Aytac Əliyeva, Binəqədi Mərkəzi Mədəniyyət evinin müdiri Şahin Səmədov, Binəqədi Rayon Təhsil işçiləri Azad Həmkarlar İttifaqının sədri Almaz Hacıyeva, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının üzvləri, hərbi hissənin zabit və əsgər heyəti iştirak edib.
Tədbir dövlət himninin ifası ilə açıq eıan edildi.
Çıxış üçün söz verilən hərbi hissənin şəxsi heyətin tərbiyəvi işlər üzrə müavini kapitan Vüsal Kərimov, Binəqədi Mərkəzi Mədəniyyət evinin müdiri Şahin Səmədov hərbçiləri salamlayaraq onları Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə təbrik etdilər. Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində mühüm işlər görülüb. Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilib. Tariximizin şanlı səhifəsi olan Aprel döyüşləri ordumuzun qüdrətini bir daha dünyaya nümayiş etdirib.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, inkişafından, ordu quruculuğunda, Silahlı Qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsində Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışdı. Natiq Prezident, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin inkişafına, ordunun müasir silah və texnika ilə təminatı məsələsinə xüsusi diqqəti sayəsində Azərbaycan Ordusu hazırda bölgənin ən güclü ordusuna çevrildiyini qeyd etdi.R.Göyüşov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun Aprel zəfəri gələcək qələbələrimizə zəmin yaradan, eyni zamanda azad edilmiş torpaqlarımıza “Böyük qayıdışın” başlanmasının əsasını qoyan qələbə olduğunu vurğuladı. Çıxışlardan sonra hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu təltif edildi.
Tədbir Mərkəzi Mədəniyət Evinin yaradıcı kollektivin ifasında bayram konserti ilə davam etdirildi.

 

Keçidlər