Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən I qrup "Binəqədi könüllüləri" ilə görüş keçirilib

24 iyul 2019 | 11:00

24 iyul 2019-cu il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən I qrup "Binəqədi könüllüləri" ilə görüş keçirilib. Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, BRİH başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlərlə iş şöbəsinin müdiri Nicat Allahverdiyev, baş məsləhətçi Kənan Kərimov və 17-ci qrup " Binəqədi könüllüləri " iştirak ediblər.
Görüşü açıq elan edən Elxan Allahverdiyev gəncləri salamlayıb və onlara könüllük peşəsini şərəflə, əzmlə icra etmələri münasibətilə təbrik edib. Natiq son illərdə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda könüllülük fəaliyyətinin geniş vüsat aldığını, ölkəmizdə gənclər arasında könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini bildirdi. Natiq gənclərin könüllü olaraq məhz Binəqədi rayon İcra Hakimiyyətini seçməsi sevdirici hal olduğunu bildirdi və onlara bu işdə uğurlar dilədi.
Daha sonra gənclər öz təəssüratlarını bölüşərək şöbələrdə öyrəndikləri işlər haqqında ətraflı məlumat verdilər.
Sonda könüllülərə sertifikatlar təqdim edildi, xatirə şəkli çəkildi.

 

Keçidlər