Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsinin sakinləri ilə növbəti səyyar görüşü keçirildi

26 iyul 2019 | 11:00

      2019-cu il iyul ayının 26-da Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin inzibati binasında 8-ci mikrorayon sakinləri ilə Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin “Açıq qapı” formatında növbəti görüşü keçirildi. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, xidmət sahələrinin rəhbərləri iştirak edib. Görüşə gələn sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.


Keçidlər