Şriftin ölçüsü :

Saytın rəngi :

18 sentyabr 2019-cu il tarixində 6 №-li Uşaq Gənclər İnkişaf Mərkəzində “Milli Musiqi Günü” münasibətilə tədbir keçirilib

18 sentyabr 2019 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və 6 №-li Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 18 sentyabr 2019-cu il tarixində 6 №-li Uşaq Gənclər İnkişaf Mərkəzində “Milli Musiqi Günü” münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə 6 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ziyad Nəbiyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Kərimov, mərkəzin şagirdləri və valideynlər iştirak etmişlər.
Mərkəzin şöbə müdiri Nuranə Novruzova tədbiri giriş sözü ilə açaraq bildirdi ki, 18 sentyabr, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Nuranə Novruzova bəstəkarın yaradıcılığı barədə ətraflı məlumat verərək, onun bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət etdiyini, Azərbaycan musiqisində köklü dönüş yaratdığını vurğuladı. Digər çıxış edən natiqlər, Rauf Həsənov və Kənan Kərimov da Azərbaycan musiqisinin tacı hesab edilən Üzeyir Hacıbəylinin xatirəsinin xalqımızın qəlbində əbədi olaraq yaşayacağını bildirdilər.
Sonra tədbirdə mərkəzin şagirdlərinin ifasında musiqi nömrələri nümayiş etdirildi.

 

Keçidlər